• cümə, 26 Aprel, 17:26
  • Baku Bakı 23°C

Sərhədçi zabitimiz Şirvan kanalında boğuldu

09.06.14 10:48 1314
Sərhədçi zabitimiz Şirvan kanalında boğuldu
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Bəxtiyar Fazil oğlu Sevdimalıyev Şirvan kanalına düşərək boğulub.
Zabitin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hələlik zabitin meyitini tapmaq mümkün olmayıb.
Dövlət Sərhəd Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir.
banner

Oxşar Xəbərlər