• cümə, 01 Noyabr, 21:31
  • Baku Bakı 17°C

Sergey Lavrov: "İndi əsas vəzifə sakit, dinc və sabit həyatı nizamlamaqdır"

28.09.21 19:16 230
Sergey Lavrov: "İndi əsas vəzifə sakit, dinc və sabit həyatı nizamlamaqdır"
2020-ci il noyabrın 9-dan sonra keçmiş bir ilə yaxın müddətdə əldə edilmiş əsas nəticə ondan ibarətdir ki, sabitlik yaranıb, ona riayət edilir və Rusiya sülhməramlı kontingenti şərait yaradıb ki, indi biz hər hansı zorakı hərəkətlər müşahidə etmirik.
AZƏRTACxəbər verir ki, RF xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bu sözləri Vyetnam Xarici İşlər Nazirliyinin rəhbəri Buy Txan Şon ilə danışıqlardan sonra mətbuat konfransında söyləyib.
Diplomat deyib: "Başlanğıc mərhələdə mövcud olan xırda insidentlər tezliklə həll edilirdi. Bir daha vurğulayıram, indi orada vəziyyət sabitdir. Lakin, əlbəttə, problemlər az deyil. İlk növbədə dinc həyatın təşkili, ərazilərin minalardan təmizlənməsi əməliyyatının başa çatdırılması, əsir və girov saxlanılan şəxslərin qaytarılması və sair”.
RF xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, İndi əsas vəzifə sakit, dinc və sabit həyatı nizamlamaqdır. Rusiya XİN rəhbəri daha sonra deyib: "Birinci Qarabağ müharibəsindən əvvəl erməni və azərbaycanlı icmaları arasında onilliklər boyu mövcud olmuş etimad bərpa edilməli, qaçqınların qaytarılması problemləri və digər gündəlik məişət məsələləri həll edilməlidir”.
Nazir ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası məsələsini şərh edərək deyib: "ATƏT-in Minsk qrupunun həmsədrlərinə gəldikdə, Rusiyadan, ABŞ-dan və Fransadan olan həmsədrləri bu günlərdə Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. Bildiyimə görə, Ermənistanın və Azərbaycanın nümayəndələri ilə yerində danışıqlar aparmaq üçün həmsədrlərin regiona səfərlərinin bərpa olunması barədə razılıq əldə edilib, o cümlədən Stepanakertdə (Xankəndi) görüşlər planlaşdırılıb. Mənə belə gəlir ki, indi onların əsas vəzifəsi pozitiv meyillərə şərait yaratmaq, belə meyilləri hər vasitə ilə möhkəmlətmək, erməni və azərbaycanlı icmaların o yerdə dinc yanaşı yaşamasını və əməkdaşlığını təmin etməkdir. İndi əsas məsələ bundan ibarətdir. Hazırkı mərhələdə mən daha ambisiyalı planlar qurmaq istəməzdim”.
banner

Oxşar Xəbərlər