şənbə, 21 May, 12:29

Baku Bakı 20°C

Sergey Lavrov: "İlham Əliyev 3+3 formatını irəli sürəndə, bu ideyanı fəal şəkildə dəstəklədik”

icon 173 icon 14 yanvar 2022 | 14:31 Sergey Lavrov: "İlham Əliyev 3+3 formatını irəli sürəndə, bu ideyanı fəal şəkildə dəstəklədik”

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3+3 formatı ideyası irəli sürüləndə biz bunufəal şəkildə dəstəklədik”.
Kaspi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
"Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yolaçır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”, - o vurğulayıb.
S.Lavrovun sözlərinə görə, 3+3 formatında başlanmış proseslər daha əhəmiyyətlidir, çünki bütün regionun inkişaf perspektivləri müzakirə olunur.