Sərdar Əlini üstələdi
"Zenit” Avropa
Liqasının /6 final mərhələsinin cavab qarşılaşmasında "Fənərbaxça”ya 3:1 hesabı
ilə qalib gəlib.
Kaspi.az xəbər
verir ki, "Zenit” səfərdə 0:1 hesabı iə məğlub olsa da, növbəti mərhələyə
adlayıb. Sankt-Peterburq klubunun iranlı legioneri Sərdar Azmunun isə qələbədə
böyük payı olub. O, 2 qol vurub, digər qolun isə ötürməsini verib.
Bu qollar sayəsində
Azmun Avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub. Onun hesabında 8
qol var. İran yığmasının sabiq futbolçusu, azərbaycanlı Əli Daei isə
Avrokuboklarda 6 qol vurub.