• cümə, 19 Aprel, 19:39
  • Baku Bakı 24°C

Serbiya ilə Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur

11.08.20 13:15 489
Serbiya ilə Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur
Strateji tərəfdaşlar olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur.
AZƏRTACxəbər verir ki, bunu Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviç jurnalistlərə açıqlamasında bildirib.
O, ümid etdiyini bildirib ki, bu səfər və keçirilən görüşlər iki ölkə arasında daha yüksək səviyyədə əməkdaşlığa töhfə verəcək. "Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər istiqamətlərdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda, biz bugünkü görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas məlumatların mübadiləsi, terrorizmlə mübarizə və digər əsas istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik", - deyə Serbiya Baş Nazirinin müavini bildirib.
banner

Oxşar Xəbərlər