AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib

Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib

Təfsilat
28 İyul 2021, 19:00 156
Pandemiya dövrünün tələblərinə, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin daxil olduğu monitorinq qrupları şənlik mərasimlərinin gündəlik monitorinqləri davam etdirir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Kaspi.az-a bildirilib ki, monitorinq qrupları tərəfindən bu günədək 1260-dan çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Bunlara tədbir barədə müvafiq portalda qeydiyyatın düzgün aparılması, toy keçirilən məkanlarda qonaqların sıx yerləşdirilməməsi, tədbirə qatılanların COVID-19 pasportunun, COVID-19-dan sağalması barədə immunitet sənədinin olması, sanitariya gigiyena qaydalarının pozulmaması, işçi heyətin zəruri qoruyucu vasitələrlə tam təmin edilməsi və sair aiddir. Maarifləndirmə tədbirləri başlayandan bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 153 minədək qonağın müvafiq sənədlərinə baxılıb, 17 minədək qonağın sənədində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 700 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.
İyulun 27-də keçirilən növbəti nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim edilib. Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, pandemiya dövrünün qayda və tələblərinə əməl edilməsi vacibdir.