• cümə, 19 Aprel, 11:48
  • Baku Bakı 13°C

Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar

13.07.19 16:45 12468
Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar
ABŞ senatorlarından ibarət qrup ölkə prezidentDonald Trampı TürkiyəninRusiyadanS-400zenit-raket komplekslərini idxal etməsi ilə əlaqədar bu ölkəyəqarşısanksiyalar tətbiq etməyə çağırıblar.
"Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı müraciət ABŞ-ın silahlı qüvvələr üzrə Komitəsinin mətbuat xidməti tərəfindən yayılıb.
"Biz "Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks təsir” haqqında Qanunun tələb etdiyi kimi prezident Trampı sanksiyalar tətbiq etməyə çağırırıq”, - deyə müraciətdə bildirilir.
Senatorlar həmçinin TürkiyəyəF-35qırıcılarının ixracı fonunda Pentaqonu AnkaranınF-35proqramında iştirakını dayandırmağa çağırıblar.
Daha əvvəl Rusiyanın S-400 raketlərinin birinci hissəsinin avadanlıqları Türkiyəyə çatdırılıb.RusiyaMüdafiə NazirliyiS-400zenit-raket sistemlərinin birinci hissəsiniTürkiyəyə çatdırılmasını əks etdirən videogörüntüləriyayıb.
banner

Oxşar Xəbərlər