• cümə, 19 Aprel, 08:55
  • Baku Bakı 13°C

Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

21.05.22 19:45 359
Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.

Sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Onun səhhətindəki problem barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, S.Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

O Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

banner

Oxşar Xəbərlər