SƏKSƏN YAŞIN SƏKSƏN ANI...
Poeziyasında
sevgi, ümid, azadlıq, kədər, məhəbbət
ətri olan Nurəngiz Gün Azərbaycan müasir qadın ədəbiyyatının görkəmli ismidir.
O, tam anlamında şair, nasir, publisist, aktirsa, diktor kimi yaddaşlarda
qalmağı bacaran az-az insanalardan biridir. Amma bütün bunları kölgədə qoyan
onun vacib cəhəti də olub. Bu da insanlığıdır. Nurəngiz xanım gözəl insan kimi,
xanım-xatın bir qadın kimi xatirələrdə yer alıb. Məncə, bu onu xarakterizə
edən, oxucualara sevdirən ən başlıca amildir.
Hazırladı: Xanım AYDIN
Nurəngiz Gün Azərbaycan ədəbiyyatına "Tanrı
bəşər övladıdır”, "Ağ qanadlar”, "Günəşə dua”, "Yol gedirəm”, "Xocalı
simfoniyası”, "Mənim ağ çiçəklərim” kimi unudulmaz əsərlər bəxş edib.
Müxtəlif mwxt’lif zaman kəsiklərində
yazdığı bu əsərlər real təsviri,
tərənnümü, duyğuları, daxilindəki həyəcanı, sevinci, kədəri ilə bir-birindən fərqlənir. Hətta eyni hiss
və duyğunun, məsələn, kədərin və ya sevincin rəngləri, çalarları da müxtəlig
şeirlərdə müxtəlifdir, bir-birindən fərqlidir.
Xüsusən də, şeirləindəki poetik təsvir, poetik tərənnüm daha qabarıq
şəkildə özünü büruzə verir. Nurəngiz xanımın özünəməxsus, daha dəqiq desəm,
özünün yaratdığı, özünə uyğun bir ədəbi stilistikası var. Şeilərindəki bu
abu-hava, bu atmosfer onun sırf daxilindən gələn bir şeydir. Bəlkə də, elə budur Nurəngiz Gün
yaradıclığının özəlliyi, fərqliliyi.
Adındakı
"Nur” elə simasına, ruhuna, əsərlərinə də yansıyıb desəm, əlbəttə ki,
yanılmaram. O, bu gözəl nuruyla həm də Azərbaycan Dövlət Televiziyasının siması
idi. Ədəbi mühitdə imzasını tanıdana qədər səsiylə artıq milyonlarla
tamaşaçının sevimlisi olmuşdu. O səsin sehrinə, möcüzəsinə düşənlər, bir müddət
sonra onun sözünün də cazibəsinə yaxalanaraq əsirinə çevrilildilər.
Bu il
Nurəngiz xanımın səksən illik yubileyi qeyd olunur. Yubiley çərçivəsində bir
neçə tədbir nəzərdə tutulub. Xanım şairin 80 illik yubileyi münasibətilə yeni
çapdan çıxan "Səksən yaşın səksən anı” miniatür kitabının təqdimatı onun əziz
xatirəsinə həsr olunmuş tədbirlər silsiləsindəndir. Bu miniatür kitabın ideyası
Nurəngiz Gün yaradcılığının
tədqiqatçısı, əsərləri haqqında doktorluq disertasiyası müdafiə edən, filologiya
üzrə fəlsəfə doktoru Bahar Bərdəliyə məxsusdur. Kitab Bakı Miniatür Muzeyində
oxuculara təqdim olunub. Tədbiri açan
muzeyin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova kitab
barədə fikirlərini bölüşüb. Və bildirib ki, bu miniatür kitab 2018-ci ildə
"İndigo” mətbəəsində 100 nüsxə tirajla çapdan çıxıb. Ölçüsü 75x60 millimetr
olan kitab 268 səhifədən ibarətdir. Səksən şeirin yer aldığı nəşrə 80 ədəd
rəngli və ağ-qara fotoşəkil daxil edilib.
Nurəngiz
Günün qızı millət vəkili Jalə Əliyevanın fikirlərinə görə, "Səksən yaşın səksən
anı” kitabının təqdim olunduğu Bakı Miniatür kitab muzeyi çox əhəmiyətli bir
obyektdir. Və Nurəngiz xanımın da kitabının bu muzeydə yer aldığına görə
sevindiyini, bununla fəxr etdiyini bildirdi. Bundan sonra Nurəngiz xanımın
kitabı da bu möhtəşəm muzeydə sərgilənəcək,
nümayiş olunacaq. Jalə xanım
deyir ki, mən miniatür kitabları bir
qəlbə bənzədirəm, döyünən ürəyə bənzədirəm.
Və əgər biz bu minitür kitabı ovcumuzda tuta biliriksə, bu o deməkdir
ki, biz həmin şəxsiyyətləri daha
yaxından, daha dərindən hiss edə bilirik. Və bu balaca kitablar onları bizə
böyük kitablardan daha çox yaxınlaşdırır, doğmalaşdırır. Mən belə görürəm ən azından.
Bu kitabda Nurəngiz Gün yaradıclığından səksən
şeir toplanıb. Sanki səksən yaşın səksən
anını xatırlatmaq üçün səksən illik ömrə
işıq saçan səksən şəkil və
yaradıcılığndan seçilmiş səksən şeir var. Kitaba nisbətən daha qısahəcmli,
yəni miniatür kitab ölçülərinə uyğun gələcək şeirləri seçilib daxil edilib.
Hazırladı: Xanım AYDIN