• şənbə, 27 Aprel, 05:18
  • Baku Bakı 14°C

Şəkidə dəhşətli qəza: 4 ölü, 1 yaralı

08.07.14 15:21 1069
Şəkidə dəhşətli qəza: 4 ölü, 1 yaralı
Bu gün günorta saatlarında Şəkinin Layısqı kəndi ərazisində dəhşətli yol qəzası baş verib. Hadisədə 4 nəfər həlak olub, bir nəfər ağır xəsarət alıb.
Şəkinin Zunut kənd sakini Xəyal Abdurəhmanovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn Layısqı kənd sakini Ruslan Yusifovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. Hər iki avtomobilin sürücüsü ilə yanaşı, "VAZ 2106"da olan sərnişinlər - Sadiq Abdurəhmanov və Səxavət Məmmədhüseynov hadisə yerində dünyasını dəyişiblər.
Ağır xəsarət alan Bəhram Bayramov isə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər