• çərşənbə axşamı, 23 aprel, 18:15
  • Baku Bakı 20°C

Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəlib, Teymur Rəcəbov heç-heçə edib

14.03.21 09:00 717
Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəlib, Teymur Rəcəbov heç-heçə edib

Onlayn şahmat üzrə Çempionlar turunun 4-cü mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə keçirilən ilk mərhələnin 1-ci günündə 5 tur oynanılıb.
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə qoşulub. Şahmatçılarımız hərəyə 5 matç keçirib.
İlk turda Ermənistanı tərk etsə də, hələ də bu ölkənin şərəfini qoruyan Levon Aronyanla görüşən Şəhriyar turnirə qələbə ilə başlayıb. O, rəqibini qara fiqurlarla məğlub edib. Ardınca Daniil Dubov (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə heç-heçə edən Məmmədyarov Yorden Van Forrest (Niderland) üzərində qələbə qazanıb. Məmmədyarov günün son qarşılaşmasında Maksim Vaşye-Laqrava (Fransa) uduzaraq günü 3 xalla tamamlayıb.
Rəcəbov da erməni rəqibi ilə prinsipial görüşə ilk gündə çıxıb. Startda Aniş Giri (Niderland), Daniil Pişo (Argentina) və Uesli So (ABŞ) ilə heç-heçələrı sıralayan şahmatçımız ağ fiqurlarla oynadığı Aronyanla da xalı yarı bölüb. Teymur günün son matçında Daniil Dubova (Rusiya) qalib gəlib.
İlk 5 turdan sonra Aniş Giri 4 xalla yarışın lideridir. Şəhriyar 3 xalla 4-cü, eyni xala malik Teymur isə 6-cıdır.
Qeyd edək ki, növbəti 5 turun oyunları martın 14-də keçiriləcək.
I tur
Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov - 0:1
Teymur Rəcəbov – Aniş Giri (Niderland) - 0,5:0,5
II tur
Şəhriyar Məmmədyarov – Daniil Dubov (Rusiya)- 0,5:0,5
Teymur Rəcəbov – Daniil Pişo (Argentina)- 0,5:0,5
III tur
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov- 0,5:0,5
Uesli So (ABŞ) -Teymur Rəcəbov- 0,5:0,5
IV tur
Şəhriyar Məmmədyarov – Yorden Van Forrest (Niderland) - 1:0
Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
V tur
Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov - 1:0
Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov - 0:1
banner

Oxşar Xəbərlər