• çərşənbə axşamı, 16 aprel, 15:33
  • Baku Bakı 19°C

Şəhriyar Məmmədyarov italyanla üz-üzə

18.06.13 09:21 1882
Şəhriyar Məmmədyarov italyanla üz-üzə
Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 5-ci günündə Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək.
Aktivində 1 qələbə, 3 heç-heçə olan qrossmeysterimiz bu dəfə italiyalı şahmatçı Fabiano Karuana ilə qarşılaşacaq.
Digər görüşlərdə isə Boris Gelfandla Aleksandr Morozeviç, Maqnus Karlsenlə Vişvanatan Anand, Hikaru Nakamura ilə Dmitri Andreykin və Vladimir Kramniklə Sergey Karyakin münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.
18 iyun
V tur
Boris Gelfand (İsrail, 2755) - Aleksandr Morozeviç (Rusiya, 2760)
Maqnus Karlsen (Norveç, 2864) - Vişvanatan Anand (Hindistan, 2786)
Hikaru Nakamura (ABŞ, 2784) - Dmitri Andreykin (Rusiya, 2713)
Şəhriyar Məmmədyarov (2753) - Fabiano Karuana (İtaliya, 2774)
Vladimir Kramnik (Rusiya, 2803) - Sergey Karyakin (Rusiya, 2782)
Xal durumu: Nakamura – 3, Məmmədyarov, Gelfand – 2,5, Karuana, Karlsen, Andreykin, Anand – 2, Karyakin, Morozeviç – 1,5, Kramnik – 1.
banner

Oxşar Xəbərlər