• cümə, 19 Aprel, 07:44
  • Baku Bakı 13°C

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.19 17:30 5407
Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq
Avqustun 23-də "Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin altıncı turunun görüşləri keçiriləcək.
AZƏRTACxəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda amerikalı Uesli So ilə qarşılaşacaq.
Digər görüşlərdə amerikalı şahmatçılar Hikaru Nakamura hazırki dünya çempionu Maqnus Karlsen, Fabiano Karuana fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Yan Nepomnyaşi çinli Dinq Liren, hindistanlı Vişvanatan Anand hollandiyalı Aniş Qiri, rusiyalı Sergey Karyakin ermənistanlı Levon Aronyanla mübarizə aparacaqlar.
Beş turdan sonra şahmatçımızın aktivində 2,5 xal var. V.Anand, D.Liren, F.Karuana 3, M.Vaşe-Laqrav, M.Karlsen, S.Karyakin, Y.Nepomnyaşı 2,5, L.Aronyan, A.Qiri, H.Nakamura 2 xal toplayıblar.
banner

Oxşar Xəbərlər