• cümə, 19 Aprel, 03:51
  • Baku Bakı 18°C

Şəhid Süleyman Bağırovun övladı dünyaya gəlib

28.01.21 13:33 1120
Şəhid Süleyman Bağırovun övladı dünyaya gəlib
Vətən müharibəsində şəhid olan Süleyman Bağırovun övladı dünyaya gəlib.
Şəhidin qızına atasının vəsiyyətinə uyğun olaraq Nilufər adı verilib.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyata buraxılmış leytenantı Bağırov Süleyman Loğman oğlu 1992-ci ildə Sabirabad rayonunun Sərxanbəyli kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsinə könüllü yollanaraq, bir sıra yaşayış məntəqələrimizin işğaldan azad olunmasında aktiv iştirak edib. 28 yaşlı leytenant ötən ilin oktyabr ayında Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilən Süleyman, yaşadığı Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Nilufər şəhidin yeganə övladıdır.
banner

Oxşar Xəbərlər