• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

Şəhid müəllimlər ziyarət olundu - FOTOLAR

06.10.22 12:15 808
Şəhid müəllimlər ziyarət olundu - FOTOLAR

44 günlük müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən gəncəli şəhid müəllimlər Rəşad Məmmədov və Rabil İsmayılovun məzarı 5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə ziyarət edilib.

Kaspi.az xəbər verir ki, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, həmçinin təşkilatın əməkdaşları, partiya fəalları şəhidlərin məzarları önünə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Şəhidlərin məzarları önündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən, qəhrəmanlıqları ilə tarix yazan, adını tarixə həkk etdirən müəllimlərin döyüş şücaətlərindən, qısa, lakin mənalı, şərəfli həyat yolundan danışılıb. Bildirilib ki, şagirdlərinin sevimli müəllimləri olan Rəşad Məmmədov və Rabil İsmayılov fədakarlıqları ilə gələcək nəslə qəhrəmanlıq dərsi keçiblər. Şəhidlik zirvəsinə yüksələn müəllimlərimizin əziz xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək.

Qeyd edək ki, Rabil İsmayılov Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi idi. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 bal toplayaraq işə qəbul olunmuşdu. Rəşad İsmayılov isə Gəncə şəhəri Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbdə işləyirdi. 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında 51 bal toplamışdı.

Allah şəhidlərimizə rəhmət eləsin!

banner

Oxşar Xəbərlər