• cümə, 26 Aprel, 21:29
  • Baku Bakı 22°C

Şəhid ailələri və qazilərə təklif edilən iş yerlərinin sayı 2 214-ə çatdı

07.09.21 14:58 391
Şəhid ailələri və qazilərə təklif edilən iş yerlərinin sayı 2 214-ə çatdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan "Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə çatıb.
Nazirlikdən verilən məlumata görə, onlardan 251-idövlət, 227-i özəl müəssisələrdir.
"Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon şəhidlərimizin ailə üzvlərinin vəVətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək məqsədi daşıyır.
İşəgötürənlər tərəfindən marafona artıq 2 214 vakansiya təqdim edilib.
Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da artaraq 617-ə çatıb ki, onlardan 505-i qazi, 112-i şəhid ailəsi üzvləridir.
Təqdim edilən vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatlarılinkədaxil olmaqla qeyd edə bilərlər.
banner

Oxşar Xəbərlər