• cümə, 26 Aprel, 12:10
  • Baku Bakı 23°C

Şəhid ailələri və qazilər üçün toplanan vəsaitin xərc istiqamətləri - SİYAHI

23.10.21 10:20 241
Şəhid ailələri və qazilər üçün toplanan vəsaitin xərc istiqamətləri - SİYAHI
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.
"Report"xəbər verir ki, fonda toplanan vəsaitin43,13faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib.
Bundan əlavə, vəsaitin16,31faizi borc öhdəliklərinin qarşılanması,38,19faizi tibbi xərclərin ödənilməsi,1,56faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi isə0,81faiz təşkil edir.
Qeyd edək ki, indiyədək fondda63 583 188,17manattoplanıbvə vəsaitin44 508 561,48manatı xərclənib. Hazırda fondda qalıq vəsait19 074 626,69manatdır.
Həmçinin fond tərəfindən indiyədək2 909şəhid ailəsi ziyarət olunub. Eyni zamanda bu günədək9 914şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.
Bundan başqa,4 542yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı15 954-dür.
banner

Oxşar Xəbərlər