AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şəhid ailələri ilə bağlı Fərmana dəyişiklik edildi - YENİ FƏRMAN

Şəhid ailələri ilə bağlı Fərmana dəyişiklik edildi - YENİ FƏRMAN

Siyasət
24 Noyabr 2021, 17:00 105
Prezident İlham Əliyev 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Kaspi.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

1.1. aşağıdakı məzmunda 1.7 – 1.9-cu bəndlər əlavə edilsin:
 
 
1.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
 


1.3. 5.4-cü bənddə "əbədiləşdirməsi” sözü "əbədiləşdirilməsi” sözü ilə əvəz edilsin;

1.4. 7-ci hissə ləğv edilsin.

Bu Fərmanın 1.1-ci və 1.4-cü bəndləri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.