• şənbə, 20 Aprel, 02:22
  • Baku Bakı 15°C

“Şəhərini və Qəhrəmanını tanıt” layihəsi çərçivəsində tədbir keçirilib

10.06.21 17:04 564
“Şəhərini və Qəhrəmanını tanıt”  layihəsi çərçivəsində tədbir keçirilib
"Şəhərini və Qəhrəmanını tanıt” layihəsi çərçivəsində Ağsu rayon təhsil şöbəsinin başçılığı altında pandemiya şəraiti gözlənilməklə görüş həyata keçirilib. Görüşdə layihəyə təqdim olunan şəhidlərimizlə bağlı videolar, məlumatlar haqqında danışılıb. Belə ki, şagirdlər yaşadığı ərazinin qəhrəmanını tanıtmaq məqsədi ilə video çarx hazırlayıblar.
Layihə ilə bağlı görüşlərdən biri Ağsu rayonun mərkəzi məktəblərindən biri olan Aslan Nadirov adına olan 1 nömrəli məktəb -liseyində keçirilib. Məktəbin direktoru Sənan Nemətovun iştirakı ilə qazilərimizlə şagirdlərin görüşü baş tutub. Görüşün əsas məqsədlərindən biri müharibə iştirakçılarına mənəvi dəstək olmaqdır. Görüş şəhidlərin xatirəsini yad edərək başlayıb. Açılışı Masallı rayonundan qonaq gələn İkinci Qarabağ müharibəsində baş leytenant, tağım komandiri kimi fəaliyyət göstərən tarix müəllimi Ceyhun Qurbanov edib. Ceyhun Qurbanov öz döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Ağsu rayonundan Hərbi müəllimi Elnur Heydərov və Şahin Səfərov şagirdlərimizlə vətənpərvərlik haqqında maarifləndirici söhbət ediblər. Döyüş yolları ,illər sonra ayaq basdıqları Qarabağ haqqında təəssüratlarını şagirdlərlə bölüşüblər.
Sonda şagirdlər, məktəbin müəllim kollektivi, qonaqlarla məktəbin adını daşıdığı Birinci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə şəhid olmuş Aslan Nadirovun büstü qarşısında və İkinci Qarabağ Şəhidlərinin guşəsi önündə xatirə şəkilləri çəkilib.

banner

Oxşar Xəbərlər