• cümə axşamı, 25 aprel, 20:39
  • Baku Bakı 21°C

Səfir: “Türkmənistanın xarici siyasətinin əsasını neytrallıq və mehriban qonşuluq təşkil edir”

04.12.17 11:45 1040
Səfir: “Türkmənistanın xarici siyasətinin əsasını neytrallıq və mehriban qonşuluq təşkil edir”
"Neytrallıq, sülhsevərlik və mehriban qonşuluq Türkmənistanın xarici siyasətinin əsasını təşkil edir”.
APA-nın məlumatına görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşankuliyev 12 dekabr-Beynəlxalq Neytrallıq günü ilə münasibəti ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu günün qeyd olunması təşəbbüsü Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən irəli sürülüb: "Türkmənistan könüllü şəkildə digər ölkələrin daxili işlərinə qarışmamaq, münaqişələrdə iştirak etməmək, hərbi ittifaq və bloklara daxil olmamaq, heç vaxt müharibəyə başlamamaq öhdəliyini üzərinə götürüb. Sülhsevərlik, digər xalqlara, onların mədəniyyət və ənənələrinə hörmətlə yanaşmaq neytrallığın əsas prinsipləridir və bu, Türkmənistanın xarici siyasəti və diplomatiyasında əks olunub. Türkmənistan beynəlxalq əlaqələrini inkişaf etdirir, həm ikitərəfli formatda, həm də beynəlxalq səviyyədə beynəlxalq təşkilatlarla konstruktiv dialoqu genişləndirir".
banner

Oxşar Xəbərlər