• cümə axşamı, 25 aprel, 15:06
  • Baku Bakı 23°C

Səfir: “Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini bundan sonra da dəstəkləyəcək”

23.03.23 13:00 744
Səfir: “Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini bundan sonra da dəstəkləyəcək”

Bakıda Pakistan Günü qeyd olunub.

Kaspi.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

“Bu gün ölkəmiz üçün çox önəmlidir, çünki pakistanlıların birləşdiyi gündür. 1956-cı il martın 23-də biz suverenlik əldə etdik və hər il bu günü dərin ehtiramla qeyd edirik”, - o bildirib.

Səfir vurğulayıb ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri mövcuddur.

O, həmçinin müxtəlif beynəlxalq platformalarda Pakistanı dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib:

“Qardaş ölkələrimiz beynəlxalq aləmdə həmişə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

banner

Oxşar Xəbərlər