• cümə axşamı, 18 aprel, 22:35
  • Baku Bakı 21°C

Səfir: Danimarka şirkətləri dayanıqlı enerji sahəsində təcrübəsini Azərbaycanla bölüşə bilərlər

27.02.20 10:15 681
Səfir: Danimarka şirkətləri dayanıqlı enerji sahəsində təcrübəsini Azərbaycanla bölüşə bilərlər
Danimarka şirkətlərinin dayanıqlı enerji sahəsində böyük təcrübəsi var və onu Azərbaycanla bölüşə bilərlər.
Bunu Trend-ə Danimarkanın Türkiyədəki və Azərbaycandakı səfiri Svend Ollinq deyib.
O bildirib ki, Danimarka xüsusilə dayanıqlı enerji sahəsində əməkdaşlığın inkişafında maraqlıdır:
"Danimarka hökuməti 2030-cu ilədək ölkədə karbon tullantılarını 70 faiz azaltmaq niyyətindədir. Bu, ambisiyalı milli hədəfdir və biz ümid edirik ki, digər ölkələr də bu kursa yönələcək”.
Səfirin sözlərinə görə, Danimarka tərəfdaş ölkələrlə təcrübə mübadiləsi üzrə bir sıra layihələrdə iştirak edir:
"Azərbaycanda böyük həcmdə yer altından çıxarılan enerji mənbələri olsa da, hesab edirəm ki, ölkə daha təmiz və daha dayanıqlı enerji həllərinə investisiyalardan səmərə əldə edə bilər. İlk növbədə bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməlidir, həm də bərpa olunan və dayanıqlı həllərə vəsait qoymaqla Azərbaycan öz enerji strukturunu genişləndirir və uzunmüddətli perspektivdə daha enerji dayanıqlı olur. Danimarka şirkətləri Azərbaycanla bu sahədə texnologiyaları ilə bölüşə bilər”.
S.Ollinq bildirib ki, ümumilikdə Danimarka ilə Azərbaycan arasında dostluq münasibətləri qurulub:
"Avropa İttifaqının üzvü olaraq Danimarka Azərbaycan Avropa qonşuluq siyasəti və Şərq tərəfdaşlığı təşəbbüsü çərçivəsində əməkdaşlıq edir. Bu proqramlar ticarət münasibətlərinin möhkəmlənməsi üçün vacib sahələr təklif edir, eləcə də insan haqları və demokratiya kimi vacib mövzuların müzakirəsi üçün platforma təqdim edir. İnsan haqları və təhlükəsizlik məsələlərinə gəldikdə, Danimarka və Azərbaycan Avropa Şurası və ATƏT çərçivəsində sıx əməkdaşlıq edir. Ölkələr arasında münasibətlərin daha da yaxşılaşması üçün insanlar arasında ünsiyyət və dialoq mühüm əhəmiyyət daşıyır. Ticarət münasibətlərinin möhkəmlənməsi, o cümlədən mal, xidmət və bilik mübadiləsi, şübhəsiz ki, bu məqsədə nail olma vasitələrindən biridir”.
banner

Oxşar Xəbərlər