AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var

Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var

Cəmiyyət
20 Fevral 2020, 15:45 1048
Danimarka ilə Azərbaycanın liman sahəsində münasibətlərinin inkişaf perspektivləri böyükdür.
Bunu Trend-in Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Svend Ollinq deyib.
O bildirib ki, Danimarkanın liman sənayesində təcrübələri və innovasiyaları məşhurdur:
"Danimarka şirkətləri öz tərəfdaşlarına sahilyanı zonaların, planlaşdırma və limanların layihələndirilməsi sahəsində biliklərini təqdim edir”.
Ticarət münasibətlərinin cari vəziyyətindən danışan səfir deyib ki, uzun illər ərzində Danimarkadan Azərbaycana ixracın böyük hissəsini əczaçılıq preparatları təşkil edir və ölkə bu sahədə ticarətin səviyyəsinin qorunmasında maraqlıdır:
"Bundan başqa, "Carlsberg” pivəbişirmə şirkətimiz Azərbaycanda özünü tanıda bilib. Danimarka şirkətləri bu sektorlarda Azərbaycan şirkətləri və distribütorları ilə sıx əməkdaşlıqda maraqlıdır”.
S.Ollinq, həmçinin turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyib:
"Azərbaycan çox maraqlı tarixə malik ölkədir, insanları da xüsusilə qonaqpərvərdir. Bundan başqa, Bakı çox gözəl müasir şəhərdir və turistlər bir çox rekreativ imkanlar təqdim edir. Danimarkaya gəldikdə isə Kopenhagen 2020-ci ildə səyahət üçün ən yaxşı yerlərdən biri hesab olunmuşdu. Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistləri qarşılamaqdan məmnunuq”.