"Sədərək"də qəza: "Hyundai" "Mercedes"in üzərinə çıxıb

Kriminal
13 Noyabr 2019, 19:23 1185
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Sədərək ticarət mərkəzində qeydə alınıb. Adıçəkilən ərazidə dairədə baş verən qəzada "Hyundai" "Mercedes"in üzərinə çıxıb.
Qəzada ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.