• cümə, 26 Aprel, 11:13
  • Baku Bakı 12°C

Sayd-Husen Maqomadov: Bütöv xalqları qarşı-qarşıya qoymaq doğru deyil

16.02.19 20:15 489
Sayd-Husen Maqomadov: Bütöv xalqları qarşı-qarşıya qoymaq doğru deyil
Çeçenlər və azərbaycanlılar əsrlər boyu dostluq edir və bir-birlərini dəstəkləyirlər.
BunuAZƏRTAC-ın müxbiri ilə söhbətində Orenburq vilayətinin Akbulak rayonundakı "Kirova” MMC kənd təsərrüfatı müəssisələrinin rəhbəri Sayd-Husen Maqomadov söyləyib.
O qeyd edib ki, Orenburqda çeçen və Azərbaycan diasporları birgə tədbirlər həyata keçirir, milli bayramları birlikdə qeyd edirlər. S.Maqomadov deyib: "Bizi ortaq tarix, dini, mədəni və qohumluq əlaqələri birləşdirir. Orenburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov bizi bütün tədbirlərə dəvət edir. Biz daim bir-birimizi dəstəkləyir, bir masa arxasında toplaşır və çörəyimizi paylaşırıq”.
Orenburqdakı çeçen diasporunun nümayəndəsi Moskvada çeçenlər və azərbaycanlılar arasında son hadisələri "təxribat” adlandırıb. "Kimin haqlı, kimin günahkar olduğuna yalnız hüquq-mühafizə orqanları qiymət verməlidirlər. Hesab edirəm ki, bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşı-qarşıya qoymaq, adi bir hadisəni şişirtmək doğru deyil”,- deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər