• cümə axşamı, 25 aprel, 13:59
  • Baku Bakı 23°C

Saxta COVİD pasportu satan daha bir tibb işçisinə cinayət işi başlandı

25.08.21 13:30 295
Saxta COVİD pasportu satan daha bir tibb işçisinə cinayət işi başlandı
Lerik Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Blaband kənd tibb məntəqəsində bəzi şəxslərə "COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılıb.
Lerik rayon prokurorluğundanKaspi.az-a verilən məlumata görə, araşdırmalarla həmin tibb məntəqəsinin tibb qardaşı Altay Abbasovun Bakı şəhərində yaşayan bir neçə şəxslə pul müqabilində razılaşaraq "COVİD-19” əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin oluhmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
banner

Oxşar Xəbərlər