• cümə, 19 Aprel, 23:51
  • Baku Bakı 24°C

Satıldı - sənədlər imzalanıb, depozit yerləşdirilib

21.04.20 11:22 605
Satıldı - sənədlər imzalanıb, depozit yerləşdirilib
İngiltərənin "Nyukasl” klubu Səudiyyə Ərəbistanından olan şəxslərə satılıb.
Kaspi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının bir suveren fondu klubun satılması ilə bağlı razılıq əldə edib. Fond bunun üçün 345 milyon avro ödəyib.
İmzalanmış sənədlər hazırda İngiltərə Premyer Liqasının rəhbərliyinə təqdim olunub. Sənədlərin təsdiqlənməsi 3-4 həftə çəkə bilər. Səudiyyə Ərəbistanından olan investorlar "Nyukasl”ın səhmlərinin 80% -nə sahib olacaqlar. Daha 10% isə vasitəçilərə çatacaq.
Artıq bütün sənədlər imzalanıb, hətta, klubun gələcək sahibi banka depozit də yatırıb. "Nyukaqsl”ın yeni prezidenti Yasir Al-Rumayyan olacaq.
O, "Saudi Aramco” neft kompaniyasının direktorlar şurasının sədri və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxın adamıdır.
Bir müddət əvvəl məlumat verilmişdi ki, klub satılacağı təqdirdə, yeni sahibi Rafael Benitesi baş məşqçi postuna qaytaracaq.
banner

Oxşar Xəbərlər