• cümə axşamı, 25 aprel, 03:10
  • Baku Bakı 19°C

Əsas vəsaitlər qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi necə hesablanır?

01.07.22 18:30 555
Əsas vəsaitlər qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi necə hesablanır?

Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən, müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə (Bazar qiyməti) əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin (orta illik qalıq dəyəri) müddəaları tətbiq edilmir.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qanunvericiliyin tələbini İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı Cavid Vəlizadə şərh edib.

Onun sözlərinə görə, bu o deməkdir ki, əsas vəsaitlərin orta illik qalıq dəyərinə əsasən hesablanan əmlak vergisi nəzərə alınmayacaq. Vergi Məcəlləsinin 14.3.4 maddəsinə əsasən, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda bazar qiyməti tətbiq edilir.

İqtisadçı, həmçinin bildirib ki, Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanunun 13-cü maddəsinə əsasən, sığorta məbləği müqavilənin bağlandığı anda əmlakın həqiqi dəyərindən (sığorta dəyərindən) çox ola bilməz. Sığortaçının sığorta olunan tərəfindən qəsdən yanıldığını sübut etdiyi hallar istisna olmaqla tərəflər əmlakın sığorta dəyərinə etiraz edə bilməzlər. Əgər sığorta müqaviləsində müəyyənləşdirilmiş sığorta məbləği əmlakın sığorta dəyərindən çoxdursa, onda bu dəyərdən çox olan sığorta məbləği hissəsində müqavilə etibarsız sayılır.

banner

Oxşar Xəbərlər