• şənbə, 20 Aprel, 05:22
  • Baku Bakı 15°C

Şarl Mişel: "Komissiya formatında ilk iclasın keçirilməsini alqışlayırıq"

24.05.22 22:15 531
Şarl Mişel: "Komissiya formatında ilk iclasın keçirilməsini alqışlayırıq"

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sabitliyin təmin edilməsi yolları ilə bağlı müzakirələrin aparılması üçün Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiya formatında ilk iclasın keçirilməsini alqışlayırıq.

Kaspi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çərşənbə axşamı "Twitter" hesabında yazıb.

"Bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir", - paylaşımda qeyd olunur.

banner

Oxşar Xəbərlər