• cümə axşamı, 28 mart, 12:54
  • Baku Bakı 16°C

"Sarı qızdırma" yayıldı - Artıq 8 nəfərin canını aldı

18.02.19 11:52 347
"Sarı qızdırma" yayıldı - Artıq 8 nəfərin canını aldı
Rusiya öz vətəndaşlarına Braziliyada yayılan "sarı qızdırma" ilə bağlı xəbərdarlıq edib. Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı da faktı təsdiqləyərək "sarı qızdırma"nın dekabrdan may ayına qədər sürməsi barədə məlumat yayıb.
Qeyd olunur ki, 2018-ci ilin dekabrından başlayaraq 2019-cu ilin yanvar ayı ərzində ölkədə 361 "sarı qızdırma"ya yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 8 nəfərin dünyasını dəyişdiyi bildirilir.
2017-2018-ci illərdə Braziliyada 1376 xəstəliyə yoluxma faktı qeydə alınb ki, bunun da 483-ü ölümlə nəticələnib.
banner

Oxşar Xəbərlər