AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb

Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb

Təfsilat
17 Aprel 2021, 11:21 531
Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Bildirilib ki, aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk RF vətəndaşı olan bir şəxslə ilə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumat alarkən saxlanılıb.

"Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək", - deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.