• cümə, 19 Aprel, 03:47
  • Baku Bakı 18°C

Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz

17.10.19 09:00 381
Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz
Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bir sıra ölkənin Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Sülh bulağı" əməliyyatını dayandırmağa çağırışlarını şərh edərkən deyib.
İ.Kalın bildirib: "Sülh bulağı" əməliyyatı onun məqsədləri məqsədlərinə nail olmayana qədər əvvəlki tempdə davam edəcək".
Mətbuat katibi qeyd edib ki, "Sülh bulağı" əməliyyatı "bir dəfəyə bir neçə oyunu pozdu".
Onun sözlərinə görə, "Sülh bulağı" əməliyyatının məqsədlərindən birinin Suriyada demoqrafik vəziyyətin dəyişdirilməsi olması barədə iddialar həqiqətə uyğun deyil: "Bunu YPG/PYD terrorçuları edir".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.
banner

Oxşar Xəbərlər