AZE | RUS | ENG |

Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir

Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
Bu gün Türkiyədə milli qurtuluş mübarizəsinin başlanması münasibətilə təsis edilən 19 may - Atatürkü anma, gənclik və idman bayramı qeyd olunur. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk yüz il əvvəl "Bandırma” gəmisi ilə İstanbuldan ölkənin Samsun şəhərinə gələrək milli azadlıq mübarizəsinin başlandığını elan edib. Ölkənin hər tərəfində qurtuluş savaşına səfərbərlik başlanıb.
 
AZƏRTAC xəbər verir ki, bayram münasibəti ilə ölkənin hər yerində tədbirlər təşkil olunub. Küçə və meydanlar bayramsayağı bəzədilib.
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlunun rəhbərlik etdiyi geniş tərkibli heyət səhər saatları ulu öndər Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib. Anıtqəbir muzey-kompleksində böyük bir izdiham yaşanır.
Ən böyük bayram tədbiri, rəsmi dövlət mərasimi Samsunda keçiriləcək.
 
Hazırda xilas gəmisi adlandırılan "Bandırma” Samsun limanında lövbər salıb. Səhər saatlarından başlayaraq vətəndaşlar gəminin seyrinə çıxıblar.
Türkiyə vətəndaşları 19 may bayramı ilə bağlı bir-birindən fərqli mərasimlərdə böyük sevinclə iştirak edirlər. Ölkədə hər kəsin bildiyi bir gerçəklik var: Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir.
 
Samsunda 1919 metr uzunluğunda Türkiyə bayrağı ilə yürüş keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Piri Reis Universitetinə məxsus gəmi ölkənin 81 vilayətindən, o cümlədən xarici qonaqlardan ibarət gəncləri və idmançıları göyərtəsinə alaraq İstanbuldan Samsuna səfər edib.
Qeyd edək ki, yüz il əvvəl Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşa Samsun şəhərinə gələrək ölkəni işğaldan xilas etmək üçün xalqı səfərbər edib. Bu şərəfə
 
Türkiyədə 19 may Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.
Mərasimlər gecə saatlarına qədər davam edəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892