• cümə, 29 Mart, 11:10
  • Baku Bakı 5°C

Samoada qızılca epidemiyasından 70 nəfər ölüb

09.12.19 12:00 442
Samoada qızılca epidemiyasından 70 nəfər ölüb
Samoada qızılca epidemiyası nəticəsində ölənlərin sayı70nəfərə qədər artıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti özünün"Twitter”dəki rəsmi səhifəsində bildirib.
"2019-cu ilin oktyabrında qızılca xəstəliyinə4 min 693yoluxma hadisəsi qeydə alınıb. Onlardan112-i son 24 saat ərzində qeydə alınıb. Bu gün 70 insan bu xəstəlikdən öldülər", - deyə hökumətin xəbərində bildirilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölən 70 nəfərdən61-i 4yaşına qədər uşaqlardır.
Həmçinin bildirilir ki, hazırda160nəfər xəstəxanaya yerləşdirilib. Onlar arasında16ağır xəstə uşaq da var. Həmin xəstələr reanimasiyadadır.
Bir gün əvvəl Samoa hökuməti elan edib ki, əhalinin qızılcaya qarşı peyvəndi üzrə ikigünlük kampaniyanın gedişatında, ölkənin əhalisinin təxminən40%peyvənd olunub və vaksinləmə üzrə ümumi göstəricinin90faizə çatdırılmasına nailolunub.
banner

Oxşar Xəbərlər