• cümə axşamı, 28 mart, 13:07
  • Baku Bakı 16°C

Samir Pişnamazzadə yol qəzasında həlak oldu

21.06.14 10:10 1974
Samir Pişnamazzadə yol qəzasında həlak oldu
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Şəhər sakini 26 yaşlı Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Samir Pişnamazzadəni vurub.
Ağır xəsarətlər alan S. Pişnamazzadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan paytaxt Bakıya aparılarkən Hacıqabul rayonu ərazisində dünyasını dəyişib.
S. Pişnamazzadə Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini vəzifəsində işləyirdi.
Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər