Şamaxıda yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

Şamaxıda yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

Kriminal
24 Sentyabr 2019, 11:45 181
Səhiyyə Nazirliyi Şamaxıda baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir.