• cümə, 29 Mart, 13:32
  • Baku Bakı 14°C

Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması yekunlaşır

18.07.19 14:38 22503
Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması yekunlaşır
Uzunluğu 31 kilometr olan Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindənAZƏRTAC-a bildirilib ki, Salyan-Şirvan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 47-ci kilometridir.
Layihə çərçivəsində torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşası və asfaltlanma işləri aparılır. Yolboyu mövcud suötürücü borular köhnəlib sıradan çıxdığı üçün yenilərinin inşası aparılır. Bunun üçün yola müxtəlif diametrlərə malik 29 ədəd suötürücü dəmir-beton borular quraşdırılır, yolun 15,4-cü kilometrində suötürücü qurğu inşa edilir.
Bundan başqa, tikinti işləri çərçivəsində avtobus dayanacaqları inşa ediləcək, yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi və siqnal dirəyi quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20 yaşayış məntəqəsinin 120 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.
banner

Oxşar Xəbərlər