• cümə, 29 Mart, 02:13
  • Baku Bakı 7°C

“Salvador Dali” Bakiya gəldi

30.09.13 13:53 4271
“Salvador Dali” Bakiya gəldi
İki məşhur brendə məxsus yeni ətirlər artıq Azərbaycandadır. “La Parfumerie” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə bu günlərdə Bakıda “Salvador Dali” və “Parfums Charriol” kimi ətriyyat brendlərinə məxsus yeni məhsulların təqdimatı baş tutub.
“Ətir - incəsənət və dəb arasında olan məfhumdur. İstənilən ətri ortaya çıxarmaq üçün böyük yaradıcı insan lazımdır. Məhz buna görə biz Salvador Dalinin yaradıcılığına müraciət etdik”. Bunları Fransanın “Cofinluxe” şirkətinin prezidenti Jan-Pyer Qrivori deyir. Vaxtiltə Dalinin özü ilə görüşüb onun adına ətir yaradılmasını xahiş edən Qrivori ideyasının dərhal bəyənildiyinə çox sevinib. Sən demə, tanınmış şirkətlərlə əməkdaşlıqdan imtina edən Dali məhz bu ətirlərdə yalnız adının deyil, yaradıcılığının da yer alacağından məmnun qalıb.
Çoxşaxəli fəaliyyəti olan Dali rəssamlıq və heykəltəraşlıqla yanaşı, moda, dizayn, ədəbiyyat sahəsində də işləyib. Ətriyyat sahəsində isə ilk olaraq “Art Perfume” ilə işləməyə razı olub. Salvador Dali ətirlərinin şüşələrində rəssamın məşhur əsərlərindən fraqmentlər daxil edilib. Xüsusilə ə Afroditaya həsr olunmuş əsərdə onun dodaqları və burunu şüşədə əks etdirilib. Çünki sevgi və gözəllik ilahəsi olan Afroditanın obrazı yeni parfüm üçün çox uyğun idi. Rəssamın xahişi ilə ilk buraxılış ətirlərə onun çox xoşladığı yasəmin gülünün ətri də salınır. Məhdud sayda buraxılan ilk buraxılışın hər bir şüşəsində rəssamın avtoqrafı da vardı. Bu ətirlər dərhal populyarlıq qazanmışdı.
Hazırda “Salvador Dali” adı ilə 25-dən çox ətir buraxılır. Yayın sonunda Bakılılara “Dali Wild” ətiri təqdim edilir. Bu parfüm ağ güllər və nadir ekzotik ağac növlərinin bol çalarları ilə zənginləşdirilib. Hazırda Bakıda təqdimatı keçirilən “Dali Wild” ətirinin şüşəsində üzərində beş cüt dodaq naxışı və qlamur üslubda bəbir şəkli əks olunub.
Krallara layiq ətir - “Royal White”
Təqdimatı keçirilən digər ətir “Parfums Charriol” evinə məxsus olan “Royal White” parfümüdür. Bu məhsul haqqında məlumat verən “Cofinluxe” şirkətinin meneceri Erik Bronşteyn deyir ki, Charriol İsveçrənin aparıcı lüks zərgərlik məmulatları bendlərindən biridir.
Brendin yaradıcısı Filipp Charriol 1983-cü ildən etibarən dəbli saat və zinət əşyaları buraxır. Sonradan bu ad altında ətirlərin istehsalına da başlanılıb. Charriol ətirləri sadə, lakin yüksək elitaya layiq məhsulladır. Bu brendə məxsus bütün əşyalarda toxunmuş, hörük formalı simlər (qızıl, gümüş, digər qiymətli metaldan ola bilər) yer alır. Eyni elementdə ətir qablarında da rast gəlmək mümkündür. Məhz bu element Charriol məhsullarına Orta Şərqin ab-havasını gətirir. Buna görə bu brendə məxsus məhsullar Ərəb kral ailələri tərəfindən də çox sevilir.
Bu kolleksiyanın əsas ətirlərinə Charriol Royal White, Charriol Pour Homme və Charriol Royal Platinum daxildir. “Royal White” bu ilin mayında təqdim olunub. Əvvəlcədən kişilər üçün nəzərdə tutulan bu ətir növü sonradan qadınlar arasında da məşhurlaşıb.
F.Sabirqızı

banner

Oxşar Xəbərlər