Salome Zurabişvili Gürcüstanın Prezidenti oldu – RƏSMİ
Telavi şəhərində keçirilən inauqurasiya mərasimində 2 minə yaxın qonaq iştirak edib.
Trend-in məlumatına görə, Salome Zurabişvili and içərək Gürcüstanın beşinci, həm də ilk xanım Prezidenti seçilib.
Qeyd edək ki, mərasimdə Fransanın keçmiş Prezidenti Nikolya Sarkozi iştirak edib.