• cümə axşamı, 25 aprel, 18:23
  • Baku Bakı 21°C

“Sağlam Azərbaycan Festival”ı na pulsuz qeydiyyat başladı

16.08.17 14:35 1534
“Sağlam Azərbaycan Festival”ı na pulsuz qeydiyyat başladı
Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə ölkədə ilk dəfə 25, 26, 27 avqust tarixlərində keçiriləcək "Sağlam Azərbaycan Festivalı”nın http://saglamazerbaycan.az/ saytı tam olaraq istifadəyə verilib. Saytda yaradılan "Ümumi Təsvir”, "Line Up”, "Təşkilatçılar” "Tərəfdaşlar”, "Xəritə”, "Əlaqə” və "Qeydiyyat” bölmələrində festival iştirakçıları üçün mütəmadi olaraq yenilənən ətraflı məlumatlar əks olunur.
Ölkə gənclərini birliyə səsləyən "Sağlam Azərbaycan Festivalı” iştirakçılar üçün tam pulsuz həyata keçirilir. Festivala giriş bütün yaş qrupları üçün sərbəstdir. İştirakçılar təqdim olunan xidmət və əyləncələrdən ödənişsiz istifadə edə biləcək. Bundan əlavə, festivalda təqdim olunacaq maraqlı proqramlarda təkcə müşahidəçi yox, həm də iştirakçı olmaq istəyənlər http://saglamazerbaycan.az/ saytının "Qeydiyyat” bölməsində qeydiyyatdan keçərək, iştirak edəcəkləri bir və ya bir- neçə proqramı seçə bilər . Qeydiyyatdan keçənlər arzuladıqları və seçim etdikləri master klasslara, şou proqramlara, yarışlara, və s maraqlı tədbirlərə birbaşa iştirakçı kimi qatılacaqlar.
"Sağlam Azərbaycan Festivalı”nda təqdim olunacaq proqramlar haqqında http://saglamazerbaycan.az/ saytı və https://www.facebook.com/saglamazerbaijan/?fref=ts feysbuk səhifəsindən gündəlik olaraq ətraflı məlumat almaq mümkündür. Festivalın rəsmi saytında (http://saglamazerbaycan.az/ saytı ) və feysbuk (https://www.facebook.com/saglamazerbaijan/?fref=ts) səhifəsində açılış gününə qədər və festivalın gedişatı müddətində operativ məlumatlar yayımlanacaq.
"Sağlam Azərbaycan Festivalı”nın instaqram səhifəsi də artıq fəaliyyətdədir. İnstaqram üzərindən saglam_azerbaycan_festivali səhifəsi vasitəsilə də dolğun məlumatlar əldə etmək imkanı yaradılıb.
Bütün bunlarla yanaşı "Sağlam Azərbaycan Festivalı”nın iştirakçıları onları maraqlandıran sualları [email protected] e- mailinə göndərə və məlumat əldə edə bilərlər.
Qeyd edək ki, insanlara sağlam həyat tərzi aşılamaq məqsədilə Azərbaycanda ilk dəfə keçirilən "Sağlam Azərbaycan Festivalı”nın açılışı avqustun 25-i saat 11:00 da, Ağ Şəhər Bulvarında baş tutacaq və 3 gün (25,26,27 avqust) davam edəcək.
banner

Oxşar Xəbərlər