Salah

Salah "Real" və "Yuventus"a keçməkdən imtina etdi

İdman
16 İyun 2019, 18:47 259
İngiltərənin "Liverpul" klubu misirli hücumçusu Məhəmməd Salahı Madridin "Real" və Turinin "Yuventus" klublarına satmaqdan imtina edib.
 
Trend-in "Daily Mirror"a istinadən verdiyi məlumata görə, 27 yaşlı misirli hücumçu "Liverpul"da qalmaq qərarını qəbul edib və özü transferdən imtina edib.
Qeyd edək ki, M.Salah 2018/2019 mövsümündə 52 oyunda iştirak edib, 27 qol vurub və 13 qolla nəticələnən pas verib.

Xatırladaq ki, "Liverpul" klubu ötən mövsümdə UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə Premyer Liqasında isə 97 xal toplayaraq ikinci yerdə qərarlaşıb.