Salah İtaliyaya gedə bilər, “Ronaldo” “hə” dedi
"Liverpul”un
futbolçusu Məhəmməd Salah karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Kaspi.az xəbər
verir ki, Salahın xidmətində "Yuventus” maraqlıdır. Məlumata görə, onun
transferi "Yuventus”a 200 milyon avroya başa gələ bilər. Turin nəhənginin
lideri Kriştiano Ronaldonun da Salahın transferinə "hə” dediyi bildirilir.
Salah alınacağı
təqdirdə, Paulo Dibala satılacaq. Onun, baş məşqçi Massimiliano Alleqri ilə
münasibətlərinin gərgin olduğu bildirilir.
Qeyd edək ki,
Salah A seriyasında "Roma”nın şərəfini qoruyub. O, cari mövsümdə Premyer Liqada
keçirdiyi 26 oyunda 17 qol vurub, 7 qol ötürməsi edib.