• cümə, 29 Mart, 15:36
  • Baku Bakı 14°C

Şahmatçılarımızın Dünya kubokunun üçüncü mərhələsində rəqibləri müəyyənləşib

18.07.21 10:00 271
Şahmatçılarımızın Dünya kubokunun üçüncü mərhələsində rəqibləri müəyyənləşib
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.
Trend xəbər verir ki, dünya kubokunun üçüncü mərhələsində şahmatçılarımızın rəqibləri müəyyənləşib. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyan, Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə görüşəcəklər.
Qadın şahmatçılarımız - Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda üz-üzə gələcəklər. Oyunlar bu gün keçiriləcək.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.
banner

Oxşar Xəbərlər