bazar, 26 Iyun, 06:12

Baku Bakı 22°C

Şahin Mustafayev iranlı generalla görüşdü

icon 155 icon 18 may 2022 | 21:00 Şahin Mustafayev iranlı generalla görüşdü

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 18-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Kaspi.az-ın məlumatına görə, Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdıran İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanla İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.