• cümə, 19 Aprel, 09:57
  • Baku Bakı 13°C

Sahibkarlığa bu qədər dəyərin verilməsi çox böyük şərəf və məsuliyyətdir

17.06.19 09:45 462
Sahibkarlığa bu qədər dəyərin verilməsi çox böyük şərəf və məsuliyyətdir
Ötən həftə Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxsləri təltif edərək bu sektora önəm verdiyini bir daha təsdiqlədi. Bu addım ölkəmizin iqtisadi inkişafına töhfə verən sahibkarlar üçün həm də böyük mənəvi stimuldur.
Trend-ə müsahibə verən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov bildirib ki, sahibkarlığa bu qədər dəyərin verilməsi onlar üçün çox böyük şərəfdir, çox böyük məsuliyyətdir:"Bu gün sahibkarlarla dövlət arasında dialoqun qurulması çox yüksək səviyyədə təşkil olunub. Cənab Prezidentin dövlət orqanları qarşısında qoyduğu bütün tapşırıqlar birbaşa olaraq iqtisadiyyatımızın, kənd təsərrüfatnın inkişafı, eləcə də, bu sahələrin hər xırda probleminin öyrənilməsi - bizim problemlərimizin həllinə istiqamətlənmiş bir töhfədir.
Bu gün Azərbaycanda sahibkarlıq çox sürətlə inkişaf edir və bu da birbaşa olaraq cənab Prezidentin adı ilə bağlıdır. Bizim dayağımız, arxamız, bizim problemlərimizin həllində hər zaman çox böyük rolu olan dövlət başçımıza bütün sahibkarlar adından minnətdarlığımızı bildiririk.
Cənab Prezidentimizin iqtisadiyyata verdiyi ən vacib töhfələrdən biri də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaradılmasıdır. Xaricdə keçirilən ixrac missiyalarında iştirak, sahibkarlarımızın böyük qida sənayesi sərgilərində "Made in Azerbaijan” brendi olan məhsullarını nümayiş etdirmələri, yeni müştərilərin tapılması çox böyük töhfədir”.
banner

Oxşar Xəbərlər