Şabranda kanaldan naməlum kişi meyiti aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalında (Şabran rayonunun Gəndov kəndi) aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-dənAPA-ya verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.