• çərşənbə, 24 Aprel, 02:00
  • Baku Bakı 14°C

Sabirabadda meyiti tapılan qadın polis tərəfindən öldürülüb

23.07.21 13:00 306
Sabirabadda meyiti tapılan qadın polis tərəfindən öldürülüb
Sabirabadda meyiti tapılan şəxs polis tərəfindən öldürülüb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, iyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanın meyitinin tapılması ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun münaqişə zəminində tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əliağa Soltanov tərəfindən xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

banner

Oxşar Xəbərlər