• şənbə, 05 Iyul, 21:48
  • Baku Bakı 26°C

Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb

21.06.21 09:30 294
Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.
Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu Sabirabad sakini olan 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır. S.Qasımlının saxlanılması istiqamətində tədbirlər görülür.
banner

Oxşar Xəbərlər