Sabiq “Real”lıdan Messi və “Barselona”ya qarğış
"Real”ın sabiq
futbolçusu Alvaro Arbeloa "Barselona” və Messiyə münasibətindən danışıb.
Kaspi.az xəbər
verir ki, Arbeloa "Barselona”ya məğlubiyyət arzuladığını etiraf edib. O,
Messinin oyunundan zövq almadığını da vurğulayıb:
"Mən
"Barselona”nın əleyhinə deyiləm, onlara sadəcə məğlubiyyət arzulayıram. Çünki
belə olsa, "Real” üçün daha yaxşı olacaq.
İstəyirəm ki,
kataloniyalılar Çempionlar Liqasında növbəti mərhələyə adlamasınlar. Belədə əsas
rəqiblərdən biri azalacaq. Mən "el kalsiko”nun iştirakçısı olmuşam. Zidanın
Luis Enrikenin boynundan necə yapışdığını görmüşəm.
"Barselona”ya
hörmət edirəm, həqiqətən də əla komandadır. Onların Messi kimi fantastik
futbolçusu var. Lionel Möhtəşəmdir, ancaq onun oyunundan heç vaxt zövq
almamışam, ala da bilmərəm.
Ümid edirəm ki,
o, tezliklə karyerasını bitirəcək. Bunu görmək üçün günləri sayıram”.