AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sabiq “Qəbələ”li haqda: “Mənim üçün belə şəxs mövcud deyil”

Sabiq “Qəbələ”li haqda: “Mənim üçün belə şəxs mövcud deyil”

İdman
02 İyul 2020, 15:30 295
Sabiq SSRİ-nin əməkdar məşqçisi Anatoli Bışovets "Lokomotiv”dən istefaya göndərilən Yuri Syomin haqda danııb. 
 
Kaspi.az xəbər verir ki, bışovets "Qəbələ”nin sabiq baş məşqçisi haqda xoş fikirlər səsləndirməyib. O, Syomini məşqçi və insan kimi qəbul etmədiyini vurğulayıb: 
 
"Bu adam orta səviyyəli bir oyunçu, amma döyüşkən əhval-ruhiyyəli bir adam idi. Onun haqqında bir klub məşqçisi kimi danışa bilərsən. 
 
Syominin perspektivinə gəlincə, onun və mənim futbol və həyat prinsiplərimiz tamamilə fərqlidir. Ona görə də bu barədə fikir bildirməməyə çalışıram. 
 
Biz bu sualı gündəmdən çıxartmışıq. Mənim üçün belə şəxs mövcud deyil. Elə məşqçi də”.